Ana Sayfa > Özəl > 44 günlük Vətən müharibəsi şəhid Əhmədov Mənsur Mamed oğlunun anım günü qeyd olunub

44 günlük Vətən müharibəsi şəhid Əhmədov Mənsur Mamed oğlunun anım günü qeyd olunub


Bu gün, 17:41. Yazar: azer
44 günlük Vətən müharibəsi şəhid Əhmədov Mənsur Mamed oğlunun anım günü qeyd olunub

Anım mərasimində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti nümayəndələri, məktəblilər və şəhid ailələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Əhmədov Mənsur Mamed oğlunun və digər şəhidlərin məzarlarını ziyarət edərək onların əziz xatirələrini ehtiramla anıblar.

Təşkilat sədri İlqar İlyasov vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan sədr bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.
Geri dön