Ana Sayfa > Gündəm / Manşet > “ Ana dilimizi sevək və inkişaf etdirək" - FOTOLAR
“ Ana dilimizi sevək və inkişaf etdirək" - FOTOLAR22-02-2017, 12:02. Yazar: Sevinc |
21 fevral 2017-ci il tarixdə ak.Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseydə ərdə Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “21 fevral - ilə gənc Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “ Ana dilimizi sevək və inkişaf etdirək ”Mövzusunda tədbir keçirilmişdir.Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimlərı, şagirdlər və rayonun fəal gəncləri iştirak etmişlər. AİA.az xəbər verir ki, tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi A.Qasımov açaraq qeyd etdi ki, 21 fevral tarixinin “Beynəlxalq Ana dili günü” kimi qeyd olunması 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə BMT tərəfindən qəbul olunaraq təsdiqlənmişdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Azərbaycan dili isə dünya dilləri arasında özünəməxsusluğu ilə xüsusilə seçilir və onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ümummilli liderimiz Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.Hazırda bu ənənələri dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu öndər ana dilimiz haqqında belə söyləmişdir:” Dilimiz çox zəngin və ahəngdar dildir,dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Rayon Təhsil şöbəsinin dil-ədəbiyyat fənni üzrə metodisti Sədiqə Vəliyeva çıxış edərək Beynəlxalq Ana dili gününün artıq 18 ildir ki, dünya ölkələri tərəfindən böyük təntənə ilə qeyd olunmasından, dilin ünsiyyyət vasitəsi, millətin simasını səciyyələndirən əsas amillərdən, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti və qan yaddaşı olmasından danışdı.Nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup 200 yaxın dövlətlərin bayrağı altında cəmləşib və onların dövlət dillərinin sayı 70-i keçmir, onda hər hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək olar. Ak.Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin dil-ədəbiyyat fənni müəllimi Zülfiyyə Əliyeva mövzu ilə bağlı geniş və ətraflı məruzə etdi. Fəal gənc Namaz Kərimov çıxışında Azərbaycan dilinin hələ Ş.İ.Xətai tərəfindən dövlət dili statusuna qaldırılmasından, onun tarixindən,əsl poeziya dili olmasından, zənginliyindən, səlistliyindən, bütün dünya xalqları tərəfindən sevildiyini qeyd edərək, hətta dahi Lermontovun azərbaycan dilini “Şərqin fransız dili” adlandırmasından, ana dilinin hər bir xalqın, millətin mənəvi sərvəti-xəzinəsi olmasından danışdı və dahi şairlərimizin yaradıcılığından nümunələr səsləndirdi. Tədbirə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi A. Qasımov ulu öndərin sözləri ilə “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı nəinki öz ana dilində təmiz danışmalı, həm də onu möhkəm bilməli və qorumalıdır” yekun vuraraq, öz ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğunu qeyd etdi. Tədbirin sonunda Gənclər və İdman İdarəsinin könüllülərinin və məktəbin şagirdlərinin birgə hazırladıqları ədəbi-bədii-müsiqili kompozisiya tədbir iştirakçılarına təqdim olundu. AİA.az Geri dön |