Ana Sayfa > İdman > “Qalatasaray” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq
“Qalatasaray” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq22-10-2025, 10:31. Yazar: sevinc1 |
![]() Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulacaq. aia.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma keçiriləcək. Türkiyənin “Qalatasaray” komandası bu tur Norveçdə “Budyo Qlimt”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Eyni vaxtda start götürəcək digər oyunda “Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşacaq. Azərbaycan çempionunun rəqiblərindən “Çelsi” evdə “Ayaks”ı, “Ayntraxt” “Liverpul”u sınağa çəkəcək. Çempionlar Liqası Liqa mərhələsi, III tur 22 oktyabr 20:45. "Qalatasaray" (Türkiyə) - "Budyo Qlimt" (Norveç) 20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan) 23:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Niderland) 23:00. "Atalanta" (İtaliya) - "Slaviya" (Praqa, Çexiya) 23:00. "Ayntraxt" (Almaniya) - "Liverpul" (İngiltərə) 23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) 23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) 23:00. "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya) 23:00. "Bavariya" (Almaniya) - "Brügge" (Belçika) aia.az Geri dön |