Ana Sayfa > İdman > Çempionlar Liqası:
Çempionlar Liqası:22-10-2025, 09:50. Yazar: sevinc1 |
![]() "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq. aia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək. Qarşılaşma "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq. "Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır. Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" II turda Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0. aia.az Geri dön |