Ana Sayfa > Manşet / Ölkə > DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirib -

DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirib -


Bu gün, 09:46. Yazar: sevinc1
DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirib -

Daxili İşlər Nazirliyinin yeni “Polis cavab verir” rubrikası çərçivəsində vətəndaşların ən çox ünvanladığı suallardan biri cavablandırılıb.

Bu barədə aia.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların “E-Polis” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməsi qaydaları barədə məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur.

"Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır", - məlumatda vurğulanıb.

aia.az


Geri dön