Ana Sayfa > Ölkə > Bakıda qətl -
Bakıda qətl -Dünən, 17:00. Yazar: sevinc1 |
![]() Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə aia.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. aia.az Geri dön |