Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Medvedyevin xanımı Mehriban Əliyeva ilə birgə layihəsindən danışıb

Medvedyevin xanımı Mehriban Əliyeva ilə birgə layihəsindən danışıb


26-09-2015, 13:06. Yazar: admin
Medvedyevin xanımı Mehriban Əliyeva ilə birgə layihəsindən danışıb

"Mən əminəm ki, biz gələcəkdə mütləq bu işləri həyata keçirəcəyik"

“Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr bu gün xüsusilə əhəmiyyətli və dəyərlidir. Mən ümidvaram ki, Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu arasında əməkdaşlıq daha fəal olacaq”

Bu sözləri Avrasiya Qadınlar Forumunda iştirak edən Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti və Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedyevin xanımı Svetlana Medvedyeva AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

O vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu və özünün başçılıq etdiyi xeyriyyə fondu birgə səyləri ilə qadınların və uşaqların sağlamlığının qorunmasına yönələn çoxlu məsələləri həll edə bilərlər.

“Qadınlar öz yumşaq siyasətləri nəticəsində xeyirxah təşəbbüslərə qadirdirlər. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu mühüm məsələləri birlikdə həll edə bilərlər. Mən əminəm ki, biz gələcəkdə mütləq bu işləri həyata keçirəcəyik və sıx, məhsuldar əməkdaşlığa görə şad olacağıq” - deyə S.Medvedyeva bildirib.
Geri dön