Ana Sayfa > Özəl > Aİ Komissiyası qarşısında İsraillə normallaşmaya etiraz

Aİ Komissiyası qarşısında İsraillə normallaşmaya etiraz


Dünən, 20:26. Yazar: sevinc1
Aİ Komissiyası qarşısında İsraillə normallaşmaya etiraz
Avropa İttifaqı (Aİ) Komissiyasının binası qarşısında toplaşan bir qrup gecəni keçirərək, Aİ-ni atəşkəslə bağlı İsrailə təzyiqlərini dayandırmamağa və Təl-Əvivi müharibə cinayətlərinə görə cavabdehləşdirməyə çağırıb.
Avropa İttifaqı Komissiyasının qarşısına toplaşanlar gecəni yataq kisəsi və çətirlərdən istifadə edərək binanın qarşısında keçiriblər.

Ara-sıra polisin müdaxiləsi ilə qarşılaşan qrup, “Biz 25 saatdır ki, buradayıq” və “Aİ şərikliyinə son verməlidir” yazılmış plakatlar açıb.

Qrup adından Anadolu Agentliyinin (AA) müxbirinə danışan sözçüsü və aktivist Laura Sullivan, "Etirazın məqsədi AB-ni İsraillə Assosiasiya sazişini və ya ticarət müqaviləsini ləğv etməyə məcbur etməkdir" dedi.


Sullivan davam etdi:

"Atəşkəs çox qisməndir. Bu, yalnız birinci mərhələdir. Soyqırım üçün ədalətə nail olunmayıb və bütün bunlarda əsl sual budur: AB nə edəcək? Onun hələ də davam edən vəziyyətə təsir etmək üçün əhəmiyyətli rıçaqları var. Deməli, bunu edəcək, ya etməyəcək? Bu mesajı çatdırmaq üçün nə qədər lazımdırsa, biz burada qalacağıq. Bir çox avropalılar bundan narahatdırlar."

Aİ Komissiyası İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı təxminən iki illik sükutu pozaraq sentyabrın 10-da üzv ölkələrə sanksiya təkliflərini açıqlayıb.

Təkliflər arasında Aİ-İsrail Assosiasiyası Sazişi çərçivəsində İsraillə malların sərbəst hərəkətinə dair müddəaların dayandırılması, gömrük rüsumlarının tətbiqi, işğal olunmuş Fələstin ərazilərini ələ keçirən israillilərə və onların zorakı hərəkətlərinə görə məsuliyyət daşıyan iki nazir, İtamar Ben-Qvir və Bezalel Smottrixə məhdudiyyətlər daxildir.

Təklifin qəbul edilməsi üçün Aİ üzvlərinin ixtisaslı əksəriyyəti tələb olunur.

Aİ liderləri oktyabrın 23-də keçiriləcək sammitdə məsələ ilə bağlı qəbul ediləcək yanaşmanı qiymətləndirəcəklər.

aia.az
Tərcümə şöbəsi
Geri dön