Ana Sayfa > Siyasət > Zəngilanın müqəddəs ziyarətgahları – inancın və tariximizin aynası
Zəngilanın müqəddəs ziyarətgahları – inancın və tariximizin aynasıDünən, 18:15. Yazar: azer |
![]() Zəngilan rayonu zəngin dini-mədəni irsə malik bölgələrimizdəndir. Rayon ərazisində yerləşən pir və ziyarətgahlar əsrlərdir ki, xalqımızın dini inanclarının, adət-ənənələrinin yaşadıldığı müqəddəs məkanlardır. Məmmədbəyli kəndində yerləşən XIV əsrə aid səkkizguşəli türbə bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bartaz kəndindəki Xanazur türbəsi, Günqışlaq kəndindəki Günqışlaq piri, Yeməzli kəndindəki Soltan ocağı və Şəhid Məhəmməd yeri, eləcə də Vejnəli kəndindəki Yal və Yel pirləri xalq arasında daim ziyarət edilən yerlər olub. Bu ziyarətgahlar, həmçinin xalq təbabəti, mənəvi inam və milli irsin daşıyıcısı kimi mühüm rol oynayıb. İşğal zamanı bir çox bu cür müqəddəs məkanlar dağıdılıb və təhqir olunub. Ancaq bu gün Azərbaycan dövləti bu mədəni və dini irsi bərpa edir. Bütün bu ziyarətgahlar xalqımızın keçmişi ilə bu gününü birləşdirən mənəvi körpüdür. Samirə Həsənova YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT-nin sədri Geri dön |