Ana Sayfa > Siyasət > Zəngilan rayonunun işğalı və erməni vandalizminin ağır fəsadları
Zəngilan rayonunun işğalı və erməni vandalizminin ağır fəsadlarıBu gün, 15:24. Yazar: azer |
![]() Zəngilan rayonu Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bölgələrindən biridir. 1993-cü il oktyabr ayında Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi işğal nəticəsində Zəngilan rayonu 27 il ərzində düşmən tapdağı altında qaldı. Bu müddət ərzində rayonun bütün infrastruktur obyektləri, yaşayış məntəqələri, dini, mədəni və tarixi abidələri məqsədli şəkildə dağıdıldı, talan edildi və yer üzündən silinməyə çalışıldı. Ermənilər tərəfindən həyata keçirilən bu vandalizm aktları nəticəsində XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan, Muşlan, Rəzdərə kənd məscidləri və Xanazor, Yeməzli kəndlərindəki alban kilsələri ağır dağıntılara məruz qaldı. Bu dağıntılar təkcə maddi deyil, həm də mənəvi irsimizə qarşı edilən hücum idi. Zəngilan rayonunun işğalı zamanı həyata keçirilən bu vəhşiliklər Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmış və tarixə bir qara səhifə kimi düşmüşdür. Türkanə Nuruyeva YAP Laçın rayon təşkilatının 4 saylı ƏPT-nin sədri Geri dön |