Ana Sayfa > Özəl > Amazon Veb Xidmətləri ilə bağlı bir çox proqrama daxil olmaq mümkün deyil
Amazon Veb Xidmətləri ilə bağlı bir çox proqrama daxil olmaq mümkün deyilBu gün, 14:41. Yazar: sevinc1 |
![]() Amazon Web Services-də (AWS) texniki nasazlıq səbəbindən Amazon, Roblox, Fortnite və Snapchat kimi müxtəlif proqramlara, xüsusən də ABŞ və Avropada daxil olmaq mümkün deyil. Downdetector internet kəsilməsi monitorinqinin məlumatlarına görə, istifadəçilər Türkiyə vaxtı ilə səhər saat 10:00 radələrində AWS ilə bağlı problemlər barədə məlumat verməyə başlayıblar. Türkiyə vaxtı ilə saat 11:26-a olan məlumata görə, 4000-dən çox istifadəçi giriş problemi olduğunu bildirib. AWS-dəki kəsinti səbəbindən Amazon, Roblox, Fortnite, Perplexity və Snapchat daxil olmaqla 15 proqram, ilk növbədə, ABŞ və Avropada hazırda əlçatan deyil. AWS açıqlamasında şirkətin Şimali Virciniyadakı məlumat mərkəzindəki "əməliyyat problemi" səbəbindən kəsilmənin geniş yayıldığını bildirib. Açıqlamada, girişdə əhəmiyyətli səhv nisbətlərinin aşkar edildiyi və mühəndislərin problemin kök səbəbini müəyyən etmək üçün çalışdıqları qeyd edilib. Bəzi tətbiqlər sosial media hesablarından giriş problemi yaşadıqlarını təsdiqləyib. aia.az Tərcümə şöbəsi Geri dön |