Ana Sayfa > İdman > “Qarabağ”ın “Atletik”lə oyununu bu hakim idarə edəcək

“Qarabağ”ın “Atletik”lə oyununu bu hakim idarə edəcək


Bu gün, 13:20. Yazar: sevinc1
“Qarabağ”ın “Atletik”lə oyununu bu hakim idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə "Qarabağ" arasında keçiriləcək III tur oyununun hakimləri bəlli olub.

aia.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zabenitsa və İvan Mixal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriça yerinə yetirəcək. VAR hakimi İvan Bebek, onun köməkçisi isə isveçrəli Fedayi San olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

aia.az
Geri dön