Ana Sayfa > Siyasət > Sülh Platformasına daha bir nəfər qoşuldu

Sülh Platformasına daha bir nəfər qoşuldu


21-02-2017, 19:23. Yazar: admin
Sülh Platformasına daha bir nəfər qoşuldu

Rusiyanın “Qafqaz Mədəniyyəti Akademiyası” İctimai Birliyinin vitse-prezidenti İsayev Tauz Sultanoviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı T. İsayevin yaydığı bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəssüf hissi keçirirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Bu səbəbdən, “Qafqaz Mədəniyyəti Akademiyası” İctimai Birliyinin adından Ermənistan Azərbaycan Sülh Platformasına qoşulduğumuzu elan edirəm”.

AİA.az
Geri dön