Ana Sayfa > Ölkə > Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi

Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi


Dünən, 18:03. Yazar: azer
Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi

17 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirildi.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək ölkəmizin müstəqillik tarixindən, Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son 22 il ərzində ölkəmizin qazandığı qələbələrdən, uğurlardan, nailiyyətlərdən geniş bəhs etdi.

Rayon təşkilatının sədri 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün hər bir azərbaycanlı üçün qürur və iftixar dolu bir gün olduğunu bildirərək tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi.

Tədbirdə partiya fəallarından Lalə Eyubova, Sədaqət Qasımova, Polad Ağakişiyev, Aynur Qasımova və başqaları çıxış edərək müstəqilliyimizin tarixindən, qorunub saxlanılmasından, müdrik xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərindən ətraflı danışdılar. Natiqlər Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, müstəqil, suveren Azərbaycanın günbəgün öz hədəflərinə doğru inamla irəliləməsindən ətraflı danışdılar.


Geri dön