Ana Sayfa > Karusel / Gündəm > "Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi -
"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi -Bu gün, 17:28. Yazar: sevinc1 |
![]() "Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) daha bir departament rəisi vəzifəsindən azad olunub. aia.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Həsənov işdən çıxarılıb. Həbib Həsənovun vəzifəsindən azad olunması barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən təqsiqləyiblər. Bildirilib ki, Həbib Hacıyev öz xahişi ilə işdən ayrılıb. O, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verib. Qeyd edək ki, bundan əvvəl QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub. aia.az Geri dön |