Ana Sayfa > Gündəm / Karusel > ...Kafirlikdə, naxələflikdə tayın varmı, erməni?!

...Kafirlikdə, naxələflikdə tayın varmı, erməni?!


21-02-2017, 18:01. Yazar: admin
...Kafirlikdə, naxələflikdə tayın varmı, erməni?!

Səxavət Tağlar (Tağıyev),

İmişli rayon Əliqulular kənd tam orta məktəbin direktoru, respublikanın Əməkdar müəllimi.

Məktəbimizdə Xocalı faciəsinin 25- cı ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya belə adlanırdı: Kafirlikdə, naxaləflikdə tayın varmı, erməni?!

Məktəblilər ocağımızdan köz, bulağımızdan su götürən və hər ikisində gözləri olan naxələf ermənilərin vəhşiliklərini əks etdirən səhnəciklər göstərdi, ədəbi nümunələr söylədilər. Həmin gün “Xocalı harayı” inşa və rəsm müsabiqələrinə yekun vuruldu. Müsabiqə qalibləri İmişli rayon İHB-nın Əliqulular kənd İnzibati Ərazi Nümayəndəsi Məhəmməd Babayev və məktəbin direktoru Səxavət Tağıyev tərəfindən mukafatlandırıldı. Müəllim-şagird kollektivlərinin və valideyinlərin marağına səbəb olan ən yaxşı inşa və rəsm nümunələri İmişli rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış komissiyaya təqdim olundu.
Geri dön