Ana Sayfa > Özəl > Gülər Sultanzadə : "Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvətinin tarixi əhəmiyyəti"

Gülər Sultanzadə : "Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvətinin tarixi əhəmiyyəti"


Bu gün, 14:08. Yazar: azer
Gülər Sultanzadə : "Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə  dəvətinin tarixi əhəmiyyəti"

Müasir beynəlxalq münasibətlərdə artıq bir həqiqət birmənalı qəbul olunur: Azərbaycan regionun taleyini dəyişən dövlət olmaqla yanaşı, qlobal sabitlik gündəminin mühüm iştirakçısına çevrilib. Bunun son və ən bariz sübutlarından biri cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunmasıdır.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz deyib ki, bu sammit təkcə Yaxın Şərqdə sülhün bərpasına deyil, ümumən beynəlxalq münasibətlərin yeni mərhələsinə keçidə işarə edən hadisə kimi dəyərləndirilir. ABŞ, Türkiyə, Fransa, İordaniya, Qətər, Misir və digər ölkələrin dövlət başçılarının iştirak etdiyi toplantıya Azərbaycan Prezidentinin dəvət olunması, ölkəmizin beynəlxalq siyasətdə etibarlı tərəfdaş və nüfuzlu sülh platforması kimi qəbul edilməsinin təzahürüdür. Bu Azərbaycan diplomatiyasının yüksəlişidir. Azərbaycan diplomatiyasının son illərdə keçdiyi inkişaf yolu göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regional maraqları aşaraq qlobal siyasi proseslərə təsir edən aktora çevrilib. Bu, təkcə enerji layihələri və iqtisadi uğurlarla ölçülmür. Ən əsası, Azərbaycan ədalət və sülh prinsiplərinə əsaslanan siyasi xəttini qlobal miqyasda təsdiqləyib. Yaxın Şərq Sülh Sammiti isə bu xəttin beynəlxalq etirafıdır. Azərbaycan burada sülh çağırışlarının ünvanına çevrilib, çünki cənab İlham Əliyev müasir dövrün azsaylı liderlərindəndir ki, sülhü savaşdan sonra, ədaləti güc vasitəsilə bərpa edib. Bu nümunə – Qarabağ Zəfəri – artıq dünyada “ədalətin diplomatiyası” modeli kimi tanınır. Cənab Prezident İlham Əliyevin sammitə dəvəti təsadüfi bir protokol addımı deyil. O, bu tədbirə qalib və ədalətli siyasətin müəllifi kimi dəvət olunub. Qlobal güclərin masa arxasında toplaşdığı bir vaxtda Azərbaycan Prezidentinin dəvət alması dünya siyasətində yeni nizamın formalaşmasına Bakının da təsir etdiyini göstərir. Azərbaycan bu gün beynəlxalq platformalarda balanslı, prinsipial və etibarlı tərəfdaş obrazı ilə fərqlənir. Cənab Prezident İlham Əliyevin Vaşinqtonda Ermənistanın baş naziri ilə keçirilən görüşdə sülh razılaşmasının imzalanmasında oynadığı rol və həmin görüşdə ABŞ Prezidentinin onun praqmatik yanaşmasını yüksək qiymətləndirməsi, bu etimadın əsasını qoymuşdu.
Bu mənada, Şarm-əl-Şeyxdə keçirilən sammitə cənab Prezident İlham Əliyevin dəvəti diplomatik ardıcıllığın məntiqi nəticəsidir. Azərbaycanın bu sammitdə iştirakı həm də bir məsuliyyətin ifadəsidir. Çünki Prezident İlham Əliyev sülh çağırışlarını yalnız sözlə deyil, əməl və nümunə ilə gerçəkləşdirən liderdir. Qarabağ müharibəsindən sonra regionda yaratdığı dayanıqlı sülh modeli indi Qəzza, Suriya və digər münaqişə bölgələri üçün praktiki örnək kimi qiymətləndirilir. Azərbaycanın Suriyaya enerji dəstəyi göstərməsi, humanitar missiyalarda fəal iştirakı, beynəlxalq yardım fondlarına töhfələri cənab Prezident İlham Əliyevin humanist lider obrazını möhkəmləndirib. Bu gün dünya ictimaiyyəti Azərbaycan Prezidentini təkcə qalib sərkərdə deyil, həm də sülhün diplomatik memarı kimi qəbul edir. Yaxın Şərqdə münaqişələrin sonlandırılması istiqamətində müzakirələrin aparıldığı bir mərhələdə, Azərbaycanın bu masada olması çox önəmlidir. Çünki ölkəmiz öz təcrübəsi ilə göstərib ki, ədalət olmadan sülh mümkünsüzdür. Cənab Prezident İlham Əliyevin siyasi fəlsəfəsi də məhz bu prinsip üzərində qurulub – ədalətə söykənən sülh uzunömürlü olur. Bu gün dünya siyasətinin aparıcı mərkəzlərində Azərbaycan liderinin fikirlərinə diqqət yetirilir. Cəna Prezident İlham Əliyev təkcə regional proseslərdə deyil, qlobal nizamın bərpası məsələlərində də tərəzini dəyişdirə bilən siyasətçi kimi qəbul olunur. Cənab Prezident İlham Əliyevin Şarm-əl-Şeyxdəki Sammitə qatılması əslində Azərbaycan diplomatiyasının universal dəyərlərə yönəlik mərhələsinin başlanğıcıdır. Qalib Azərbaycanın sülh çağırışı bu dəfə Yaxın Şərq üçün ümid mesajına çevrildi. Azərbaycan burada həm ədalətin, həm də humanizmin daşıyıcısıdır. Çünki İlham Əliyevin liderliyi altında formalaşan siyasi xətt yalnız gücün yox, həm də məsuliyyətin, əxlaqın və beynəlxalq həmrəyliyin siyasətidir. Cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti Azərbaycanın qlobal miqyasda qəbul edilən sülh, ədalət və etimad siyasətinin nəticəsidir. Bu hadisə bir daha təsdiq edir ki, Azərbaycan artıq sadəcə regionda deyil, dünyada sülh və təhlükəsizliyin formalaşmasına təsir edən dövlətlər sırasındadır-deyə Gülər Sultanzadə fikrini tamamlayıb.
Geri dön