Ana Sayfa > Karusel / Ölkə > Ramiz Mehdiyev, nə gözləyirdiniz?

Ramiz Mehdiyev, nə gözləyirdiniz?


Dünən, 12:28. Yazar: azer
Ramiz Mehdiyev, nə gözləyirdiniz?

Mətbuatın verdiyi məlumata görə, Ramiz Mehdiyevin halı pisləşib. Səhhətində yaranan problemlər, xüsusilə də bəzi keçmiş yaxınların mətbuatda onun əleyhinə olan çıxışları, Mehdiyevin mənəvi durumuna ciddi təsir edib. Əlbəttə, uzun illər boyunca bir çox şəxslərin taleyinə yön verən, onları siyasi və inzibati mövqelərə irəli çəkən bir insan üçün belə münasibətlərin indi əks istiqamətdə formalaşması ağır gələ bilər.

Amma sual yaranır: Siz bu insanları hansı meyarlara əsasən irəli çəkirdiniz? Hansı dəyərləri rəhbər tuturdunuz? Təəssüf ki, sizin irəli çəkdiyiniz şəxslərin böyük əksəriyyəti bu gün ölkədə rüşvət, korrupsiya və mədəni tənəzzül simvoluna çevriliblər.

Cənab Mehdiyev, nə vaxtsa ölkənin parlaq gələcəyi üçün savadlı, dürüst və vicdanlı gənclərə eyni imkanları yaratdınızmı? Xaricdə təhsil almaq istəyən, elmi potensialı olan, amma maddi və inzibati dəstəkdən məhrum qalan gənclərə arxa durdunuzmu? Təəssüf ki, onların yerinə sistemə bu ölkənin qanını zəli kimi sovuran şəxslər irəli çəkdiniz.

İndi həmin sistem, sizin qurduğunuz, idarə etdiyiniz, formalaşdırdığınız sistem, öz müəllimini tanımır. Bəlkə də bu, ictimai ədalətin gec də olsa öz təzahürüdü.

Arzuman Loğmanoğlu
Sozcu.info


Geri dön