Ana Sayfa > Manşet / Siyasət / Özəl > Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşübDünən, 12:24. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 16 oktyabr 2025-ci il tarixində İsmayıllıda növbəti dəfə seçicilərlə görüşüb. aia.az xəbər verir ki, bu dəfəki qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində keçirilib. Görüşdə şəhid ailələrinin təmsilçiləri və qazilər də iştirak ediblər. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |