Ana Sayfa > Gündəm > Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılırDünən, 11:54. Yazar: sevinc1 |
![]() Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır. aia.az xəbər verir ki, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Məlumata görə, qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinin nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaq. Qeyd edək ki, növbəti il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaları 2 milyard 379.3 milyon manat, 2027-ci ildə 2 milyard 840 milyon manat, 2028-ci ildə 3 milyard 87 milyon manat, 3 milyard 350 milyon manat proqnozlaşdırılır. Əlavə edək ki, bu vergi fiziki şəxslərin müxtəlif mənbələrdən əldə etdikləri gəlirlərdən tutulur və onun ödəyicilərinin dairəsi kifayət qədər genişdir. Belə ki, muzdlu işdən (əmək haqqı, mükafat və bonuslardan), sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətdən, icarə haqlarından (kirayə gəlirləri), dividendlərdən və faizlərdən, royalti əmlakın (məsələn, mənzil, torpaq və ya obyektin) satışından qazanc əldə edildikdə və həmçinin yarışlar, lotereyalar, müsabiqələr kimi təsadüfi gəlirlərdən — bütün bu mənbələrdə fiziki şəxslər gəlir vergisi ödəməli olurlar. Geri dön |