Ana Sayfa > Manşet / Dünya > Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı


Bu gün, 09:46. Yazar: sevinc1
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

aia.az xəbər verir ki, bu barədə jurnalist Darya Kosarinova "Telegram" kanalında məlumat verib.

"Onun (Hüseynovun – red.) Rusiya pasportu oktyabrın 14-də FTB-nin qərarı ilə ləğv edilib və indi ölkəyə girişi qadağan edilib", - məlumatda deyilir.

Hakimiyyət orqanlarının bu qərarını əhatə edən səbəblər və şərtlər hazırda məlum deyil və heç bir rəsmi şərh verilməyib.

aia.az
Geri dön