Ana Sayfa > Karusel / Gündəm > Sədərək Ticarət Mərkəzində Reklam anarxiyası

Sədərək Ticarət Mərkəzində Reklam anarxiyası


Bu gün, 14:01. Yazar: azer
Sədərək Ticarət Mərkəzində Reklam anarxiyası

Sədərək Ticarət Mərkəzi illərdir ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynayan bir məkandır. Hər gün minlərlə vətəndaş və turist bu mərkəzdən keçərək alış-veriş edir, regionun ticarət nəbzini burada hiss edir. Amma nə acınacaqlı haldır ki, belə bir mərkəzdə vizual mədəniyyət və reklam sahəsində tam bir xaos hökm sürür.

Turistlərin ilk təəssüratı əhəmiyyətlidir. Onlar Bakının mərkəzində estetik baxımdan tərtəmiz və zövqlə qurulmuş görüntülərlə qarşılaşdıqdan sonra Sədərək kimi strateji bir nöqtəyə gəlib bu cür reklam anarxiyasını görəndə, ölkə haqqında nə düşünürlər? Bu, artıq təkcə vizual mədəniyyətsizlik deyil — bu, həm də idarəetmədəki boşluqların bariz göstəricisidir.

Bu harınlıq və məsuliyyətsizlik daha nə qədər davam edəcək? Dövlət orqanları buna nə zaman ciddi şəkildə müdaxilə edəcək? Unutmayaq ki, xaos şəraitində təkcə ticarət mədəniyyəti deyil, dövlətin nüfuzu da zərər görür. Bu ticarət mərkəzinə nəzarət edən rəhbərlər öz funksiyalarını ya yerinə yetirsin, ya da məsuliyyət daşımağa başlasın.

Sədərək Ticarət Mərkəzindəki xaos reklam sadəcə bir ticarət məkanı deyil — bu, ölkənin vitrinidir. O vitrində nə görsək, elə bizə də o qiymət veriləcək.

Arzuman Loğmanoğlu
Sozcu.info






Geri dön