Ana Sayfa > Karusel / Siyasət > İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqlədi

İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqlədi


Bu gün, 13:27. Yazar: sevinc1
İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqlədi

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş" Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib.

aia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.

aia.az
Geri dön