Ana Sayfa > Dünya > Ukrayna Krımda neft terminalına zərbə endirib

Ukrayna Krımda neft terminalına zərbə endirib


Bu gün, 12:32. Yazar: sevinc1
Ukrayna Krımda neft terminalına zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal olunan Krımda neft terminalına zərbəni təsdiqləyib.

aia.az xəbər verir ki, bu barədə yerli KİV Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Oktyabrın 13-nə keçən gecə müvəqqəti olaraq işğal edilmiş Feodosiyada "Dəniz neft terminalı" müəssisəsinə təkrar zərbə endirildiyi təsdiqlənib", - mətbuat xidməti bildirib.

Həmçinin Baş Qərargahdan bildirilib ki, neft terminalına zərbə nəticəsində 16 çən zədələnib. Müəssisənin ərazisində böyük yanğın baş verib.

Bundan əlavə, daha bir neçə hədəf Xerson vilayətinin işğal olunmuş ərazisində dronların idarəetmə məntəqəsi və Donetsk vilayətinin Makeyevka rayonunda sursat anbarı vurulub.

aia.az
Geri dön