Ana Sayfa > Karusel / Dünya > Tramp onu ölümündən sonra mükafatlandırdı
Tramp onu ölümündən sonra mükafatlandırdıBu gün, 10:36. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirki ölümündən sonra ölkənin ən yüksək mülki mükafatı olan "Azadlıq Medalı" ilə təltif edib. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı Kirkinin həyat yoldaşı Erika Kirk alıb. Tramp çıxışı zamanı Kirki “əsl qəhrəman” adlandırıb və onun siyasi mübarizəsini yüksək dəyərləndirib. Xatırladaq ki, 32 yaşlı Çarli Kirk 2025-ci il sentyabrın 10-da Utah Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində həyatını itirib. aia.az Geri dön |