Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir


Bu gün, 09:50. Yazar: azer
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir

“Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunsa da, ermənilərin işğalı və dağıdıcılıq əməlləri 2020-ci ilə qədər davam etmişdi. Füzuli rayonu 27 il işğal altında qaldı və bu rayon erməni faşizminin dəhşətlərini yaşadı. Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Azərbaycan Bayrağı orada qaldırılsın. Yalnız bu fakt erməni vandalizminin sərhədlərini sübut edir”.
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir
Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binası və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qazax xalqı adından hədiyyə olaraq Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də təhvil verilmiş layihələr sırasındadır. Bu onun göstəricisidir ki, Füzuli eyni zamanda, Azərbaycan ilə Özbəkistan, Qazaxıstan və Türkmənistanın qardaşlığının, həmrəyliyinin göstəricisi olan layihələrin reallaşdırılması məkanına çevrilib.

YAP Şirvan şəhər təşkilatının
təşkilati məsələlər üzrə məsləhətçisi
İsrayılov Amil Faiq oğlu
Geri dön