Ana Sayfa > Özəl > Lukaşenko ABŞ-la böyük saziş bağlamağa hazır olduğunu açıqlayıb
Lukaşenko ABŞ-la böyük saziş bağlamağa hazır olduğunu açıqlayıbDünən, 20:41. Yazar: sevinc1 |
![]() Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, Minskin maraqlarını nəzərə alaraq ABŞ-la böyük sövdələşmə bağlamağa hazırdır. Lukaşenko ABŞ-la böyük saziş bağlamağa hazır olduğunu açıqlayıb. "Biz onların qlobal təkliflərini, tez-tez dedikləri kimi (onlar bu böyük sövdələşmələri sevirlər) böyük sövdələşməni gözləyəcəyik. Biz buna hazırıq. Biz onlarla böyük sövdələşmə bağlamağa hazırıq. Tərəzinin bir tərəfində onların sualları, xahişləri və tələbləri, digər tərəfində isə bizim suallarımız və tələblərimiz var", - Lukaşenkodan sitat gətirir BelTA. O, ABŞ prezidenti Donald Trampın bu istiqamətdə təkliflərini də normal qiymətləndirib. Onun sözlərinə görə, hər şey ədalətli olmalı, Minskin maraqları nəzərə alınmalıdır. Bundan əvvəl Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bəyan etmişdi ki, Belarus və ABŞ arasında təmaslar müsbət əhəmiyyət kəsb edir. aia.az Tərcümə şöbəsi Geri dön |