Ana Sayfa > İdman > Braziliya millisi ilk dəfə Yaponiya yığmasına uduzdu
Braziliya millisi ilk dəfə Yaponiya yığmasına uduzduDünən, 18:00. Yazar: sevinc1 |
![]() Futbol üzrə Braziliya milli komandası tarixində ilk dəfə Yaponiya yığmasına uduzub. aia.az xəbər verir ki, bu məğlubiyyət yoldaşlıq oyununa təsadüf edib. Matçın ilk hissəsi “sambaçılar”ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra isə vəziyyət tamamilə dəyişib. Braziliya seçməsinin qapısından 3 top keçirən yaponlar əzmkar qələbə qazanıblar. Qeyd edək ki, bunadək komandalar arasında baş tutan 13 oyunun 11-i Braziliya millisinin xeyrinə başa çatıb, 2 görüşdə isə qalib müəyyənləşməyib. aia.az Geri dön |