Ana Sayfa > Ölkə > Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı


Bu gün, 16:02. Yazar: sevinc1
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24611 nəfər və ya 0,24 faiz artıb.

aia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

aia.az
Geri dön