Ana Sayfa > Karusel / Dünya > Ərdoğandan Qəzzada atəşkəslə bağlı İsrailə

Ərdoğandan Qəzzada atəşkəslə bağlı İsrailə


Bu gün, 13:59. Yazar: sevinc1
Ərdoğandan Qəzzada atəşkəslə bağlı İsrailə

Qəzzada atəşkəs qorunmalıdır.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə yerli medianın suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Qəzzadakı atəşkəsin davamlı olması və pozuntuların baş verməməsi ən vacib məsələdir.

“İsrailin keçmişdə atəşkəsi pozmaq təcrübəsi ehtiyatlı və diqqətli olmağı tələb edir. Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunmasına qətiyyətlə dəstək verir və vəziyyət yenidən gərginləşsə, bunun ağır nəticələri olacağını İsrail özü də bilir. Keçmişdə bir çox razılaşmalar kağız üzərində qalmışdı, amma indi daha güclü və ortaq iradə mövcuddur”, - Ərdoğan vurğulayıb.

aia.az
Geri dön