Ana Sayfa > İdman > DÇ-2026:
DÇ-2026:Bu gün, 11:53. Yazar: sevinc1 |
![]() Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. aia.az xəbər verir ki, Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edəcək. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. F qrupunda Portuqaliya millisi evdə Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək. I qrupunda Estoniya Moldova ilə, İtaliya İsraillə üz-üzə gələcək. K qrupunda isə İngiltərə millisi Latviyanın, Serbiya kollektivi Andorranın qonağı olacaq. DÇ-2026 Seçmə mərhələ 14 oktyabr E qrupu 22:45. İspaniya - Bolqarıstan 22:45. Türkiyə - Gürcüstan Xal durumu: İspaniya - 9, Türkiyə - 6, Gürcüstan - 3, Bolqarıstan - 0. F qrupu 22:45. Portuqaliya - Macarıstan 22:45. İrlandiya - Ermənistan Xal durumu: Portuqaliya - 9, Macarıstan - 4, Ermənistan - 3, İrlandiya - 1. I qrupu 20:00. Estoniya - Moldova 22:45. İtaliya - İsrail Xal durumu: Norveç - 18, İtaliya - 12, İsrail - 9, Estoniya - 3, Moldova - 0. K qrupu 22:45. Latviya - İngiltərə 22:45. Andorra - Serbiya Xal durumu: İngiltərə - 15, Albaniya - 11, Serbiya - 7, Latviya - 5, Andorra - 1. aia.az Geri dön |