Ana Sayfa > Təhsil > Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir


Bu gün, 10:56. Yazar: sevinc1
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.

Bu barədə aia.az-a MÜTDA-dan məlumat verilib.

Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.

aia.az
Geri dön