Ana Sayfa > Özəl > Atlantik okeanında "Lorenzo" tropik qasırğası əmələ gəlib

Atlantik okeanında "Lorenzo" tropik qasırğası əmələ gəlib


Dünən, 21:42. Yazar: sevinc1
Atlantik okeanında "Lorenzo" tropik qasırğası əmələ gəlib

"Lorenzo" tropik qasırğasının Atlantik okeanı yaxınlığında əmələ gəlib və quruya çatması gözlənilmir.

ABŞ Milli Qasırğa Mərkəzi tropik qasırğanın Atlantik okeanında Kabo-Verdedən təxminən 1762 kilometr qərbdə yerləşdiyini və küləyin sürətinin saatda 72 kilometrə çatdığını açıqlayıb.

Açıqlamada əlavə edilib ki, saatda 27 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edən Lorenzonun quruya çıxması gözlənilmir.

Meteoroloqlar fırtınanın çərşənbə axşamı şimala dönəcəyini və həftə ortasına qədər tədricən güclənəcəyini proqnozlaşdırıblar.

aia.az
Tərcümə şöbəsi
Geri dön