Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı və Azərbaycanın artan beynəlxalq nüfuzu
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı və Azərbaycanın artan beynəlxalq nüfuzuDünən, 21:26. Yazar: azer |
![]() "Yaxın Şərq Sülh Sammiti Qəzza zolağında baş verən hərbi toqquşmaların, habelə mülkü insanların həlak olmasının qarşısını almaq baxımından mühüm diplomatik tədbirdir. Məqsəd təkcə atəşkəsə nail olmaq deyil, həm də tərəflər arasında düşmənçiliyi yumşaltmaqla davamlı sülh və sabitliyə nail olmaqdır. Yaxın Şərqdə sülh naminə yeni səhifə açmağı hədəfləyən Sammitdə məhdud sayda dövlət, hökumət başçıları dəvət olunub". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı və Azərbaycanın artan beynəlxalq nüfuzu Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə, hazırda dünyanın ən mühüm siyasi hadisələrindən biri - uzun illər davam edən münaqişənin həllinə yönələn Sammitdə iştirakı Azərbaycanın güclü beynəlxalq nüfuzunu və qlobal güclər tərəfindən etimad edildiyini sübut edir: "Bu, həm də Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda dialoqun və tənzimlənmənin aparıcı tərəflərindən birinə çevrildiyini göstərir. ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə xüsusi rəğbət bəsləməsi və onu şəxsən Sammitə dəvət etməsi iki mühüm məqamı ortaya qoyur. İlham Əliyevin beynəlxalq arenada şəxsi nüfuzu və liderlik keyfiyyətləri, Azərbaycanın prinsipial, müstəqil, eyni zamanda praqmatik siyasət yürütməsi dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan-ABŞ münasibətlərində yeni etimad mərhələsi, birinci şəxslərin dostluq münasibətləri bu əlaqələri möhkəmləndirir". "Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Azərbaycan İslam dünyasının lider dövlətlərindən birinə çevrilərək müsəlman aləmini narahat edən hər bir məsələyə həssas yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə münaqişədən əziyyət çəkən Fələstin xalqına dəfələrlə humanitar yardımlar göndərilib. O cümlədən, Suriya xalqına humanitar dəstək göstərilib. Bu, Azərbaycanın ədalətli yanaşma, mənəvi dəyərlərə sadiqliyindən irəli gəlir. Son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb", - deyə parlamentari vurğulayıb. O əlavə edib ki, ölkəmizin bu cür vacib tədbirlərdə iştirakı həm də İslam dünyasında və Qoşulmama Hərəkatı çərçivəsində etibarlı tərəfdaş statusunu, diplomatik çevikliyini və beynəlxalq hörmətini göstərir: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə göstərdiyi humanitar təşəbbüslər, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam dünyasının birliyi naminə atdığı addımlar, Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, ölkəmizə ehtiyacı artırır. Müxtəlif liderlər Prezidentimizin tövsiyə və fikirlərini eşitmək üçün ikitərəfli görüşlər keçirirlər. Onlar etiraf edirlər ki, belə bir həssas regionda Azərbaycan ideal xarici siyasət kursu həyata keçirə bilir və öz gündəliyini irəlilədir. Azərbaycanın sülhlə bağlı təcrübələri qlobal münaqişələrin həllində nümunə kimi göstərilir". Mərahim Nəsib Geri dön |