Ana Sayfa > Özəl > Aİ Komissiyasının sədri Von der Leyen : Albaniya Aİ-yə üzvlük üçün doğru yoldadır

Aİ Komissiyasının sədri Von der Leyen : Albaniya Aİ-yə üzvlük üçün doğru yoldadır


Bu gün, 15:50. Yazar: sevinc1
Aİ Komissiyasının sədri Von der Leyen : Albaniya Aİ-yə üzvlük üçün doğru yoldadır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Albaniyanın Avropa İttifaqına (Aİ) üzvlük üçün düzgün yolda olduğunu bildirib. Ölkədəki təmasları çərçivəsində fon der Leyen paytaxt Tiranada baş nazir Edi Rama ilə görüşüb və görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Von der Leyen, Albaniyanın Avropanı istədiyini ifadə edərək, "Mənim ilk mesajım çox aydındır: Albaniya Aİ-yə doğru düzgün yoldadır. Siz uzun bir yol keçmisiniz, irəliləyiş əldə etmisiniz, lakin indi vurğulamaq istəyirəm ki, bu, fantastik irəliləyişdir, rekord tempdir və son üç ildə real sürətdir. Altı fəsildən beşini artıq açırıq, sonuncu fəsildən birini açmağı planlaşdırırıq".

Albaniyanın danışıqları 2027-ci ilə qədər yekunlaşdırmağı hədəflədiyini qeyd edən fon der Leyen bunun iddialı olduğunu və bu məqsəddən razı qaldıqlarını bildirib.

Von der Leyen deyib: "İndi geosiyasi məqam ondan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü qitəmizi yenidən formalaşdırıb və hər bir Avropa ölkəsi öz yerini seçməlidir. Albaniya öz seçimini edib. Siz Aİ-nin xarici və təhlükəsizlik siyasəti ilə tam uyğunlaşırsınız".

Baş nazir Rama: Aİ ilə danışıqlar prosesi çox sürətlə irəliləyir
Albaniyanın Baş naziri Rama da fon der Leyen ilə görüş keçirdiklərini və burada ümumi maraq doğuran bütün məsələlərin müzakirə edildiyini bildirib.

Rama, AB Komissiyasının və fon der Leyenin Qərbi Balkanlara xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, "Bu kontekstdə Albaniyanın Aİ ilə danışıqlar prosesinin gedişatını müzakirə etdik. Bu proses, fikrimizcə, həm də prezidentdən (Ursula fon der Leyen) eşitdiklərimə görə, çox uğurludur və çox sürətlə irəliləyir".

Rama həmçinin qeyd edib ki, onlar regionda təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi, eləcə də region üçün inkişaf planını müzakirə ediblər. “Biz Ukraynanın Rusiyanın təcavüzünə qarşı müqavimətinə də toxunduq və bu baxımdan biz Ukraynaya qeyd-şərtsiz dəstəyi davam etdirməliyik ki, tam razıyıq.

Rama və fon der Leyen Aİ-Qərbi Balkan İnvestisiya Forumunda da iştirak edəcəklər.

Fon der Leyen Albaniyanın ardınca regionun digər ölkələrinə də səfər edəcək: Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Kosovo və Şimali Makedoniya.

aia.az
Tərcümə şöbəsi
Geri dön