Ana Sayfa > İqtisadiyyat > Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə 5 milyon ton yük daşınacaq
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə 5 milyon ton yük daşınacaqBu gün, 10:47. Yazar: sevinc1 |
![]() 2028-ci ildən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq. aia.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib. O xatırladıb ki, 2024-cü ilin dekabr ayında Azərbaycanla Rusiya arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb: "Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilmişdir. Bu həcm, Tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək". aia.az Geri dön |