Ana Sayfa > Ölkə > Qəbələdə maşının vurduğu piyada öldü

Qəbələdə maşının vurduğu piyada öldü


Bu gün, 09:20. Yazar: sevinc1
Qəbələdə maşının vurduğu piyada öldü

Qəbələdə oktyabrın 11-də avtomobilin vurduğu piyada ölüb.

aia.az xəbər verir ki, Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.

Qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Yaqut Bəkirova dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

aia.az
Geri dön