Ana Sayfa > Manşet / Siyasət > Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib

Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib


Bu gün, 09:12. Yazar: sevinc1
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistan İslam Respublikasına işgüzar səfərə gəlib.

aia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

aia.az
Geri dön