Ana Sayfa > Dünya > Əfsanəvi casusun cəsədi 60 il sonra İsrailə qaytarılır

Əfsanəvi casusun cəsədi 60 il sonra İsrailə qaytarılır


Bu gün, 08:59. Yazar: sevinc1
Əfsanəvi casusun cəsədi 60 il sonra İsrailə qaytarılır

1965-ci ildə Suriyada yaxalanaraq edam edilən İsrail casusu Əli Kohenin qalıqları tezliklə İsrailə qaytarıla bilər.

aia.az xəbər verir ki, bu barədə "Haaretz" məlumat yayıb.

"1965-ci il mayın 18-də Kohenin Dəməşqin mərkəzi meydanında açıq şəkildə edam edilməsindən bəri MOSSAD onun qalıqlarını tapıb İsrailə qaytarmağa səy göstərir", - deyə bildirilib.

Qeyd edək ki, aprel ayında BƏƏ-nin etimadın yaradılması üçün İsrail və Suriya arasında danışıqlar məqsədilə qeyri-rəsmi kanal yaratdığı barədə məlumat yayılmışdı.

aia.az
Geri dön