Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin Düşənbədəki çıxışı əməkdaşlığa və inkişafa çağırış idi”

Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin Düşənbədəki çıxışı əməkdaşlığa və inkişafa çağırış idi”


Bu gün, 10:08. Yazar: azer
Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin Düşənbədəki çıxışı əməkdaşlığa və inkişafa çağırış idi”

“Cənab Prezident İlham Əliyevin Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasındakı çıxışı Azərbaycan diplomatiyasının əsas istiqamətlərini – dostluq, qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı – bir daha nümayiş etdirdi. Dövlət başçımız Tacikistanın son illərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu ölkənin paytaxtının inkişafını məmnunluqla qeyd etdi. Cənab Prezidentin səmimi təbriki, region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın mühüm göstəricisidir.”

Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a verdiyi açıqlamasında öz əksini tapıb.

Millət vəkili vurğulayıb ki, cənab Prezident İlham Əliyevin çıxışı ölkəmizin MDB məkanında Azərbaycan diplomatiyasının əlaqələri gücləndirmək, birliyi və həmrəyliyi təşviq etmək niyyətini aydın şəkildə əks etdirir: “Möhtərəm dövlət başçımız, həmçinin, Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsini Azərbaycana göstərilən yüksək etimad kimi dəyərləndirdi. Cənab Prezident Laçının işğaldan azad olunduqdan sonra keçdiyi möhtəşəm inkişaf yolunu diqqətə çatdırdı. Bu, Azərbaycanın mədəniyyət diplomatiyasının uğurlu nümunəsidir. Cənab Prezident İlham Əliyev öz çıxışında MDB məkanında humanitar əlaqələrin və mədəni inteqrasiyanın əhəmiyyətinə xüsusi vurğu etdi. III MDB Oyunlarının Gəncədə və digər Azərbaycan şəhərlərində keçirilməsi, 13 ölkədən 1600-dən çox idmançının iştirakı dostluğun və əməkdaşlığın parlaq nümunəsi kimi dəyərləndirildi. Bu, Azərbaycanın idman, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahəsində nüfuzunun daha da artdığını sübut edir. Düşənbə sammiti bir daha təsdiq etdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan MDB məkanında sabitliyin, tərəqqinin və qarşılıqlı anlayışın möhkəmlənməsinə yönəlmiş mühüm siyasi xətt aparır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön