Ana Sayfa > Özəl > Nyu-York sosial media şirkətlərini gənclərin psixi sağlamlığına mənfi təsir göstərdiyinə görə məhkəməyə verir

Nyu-York sosial media şirkətlərini gənclərin psixi sağlamlığına mənfi təsir göstərdiyinə görə məhkəməyə verir


Dünən, 20:44. Yazar: sevinc1
Nyu-York sosial media şirkətlərini gənclərin psixi sağlamlığına mənfi təsir göstərdiyinə görə məhkəməyə verir

ABŞ-ın Nyu-York şəhərində yerli hökumət Facebook, Instagram, TikTok və YouTube kimi böyük sosial media platformalarının gənclərin psixi sağlamlığına mənfi təsir göstərdiyini əsas gətirərək məhkəməyə verib.“The Hill” qəzetinin yazdığına görə, şəhər hökumətinin qaldırdığı iddiada şirkətlərin gənclər arasında qarşılıqlı əlaqəni artırmaq səylərinin onların psixi sağlamlığına mənfi təsirləri olduğu iddia edilir.

Nyu-York hökuməti Facebook, Instagram, TikTok və YouTube-un filialları ilə birlikdə müttəhim kimi adlarını çəkdiyi petisiyada şirkətləri səhlənkarlıqda ittiham edərək, gənclərə “ciddi zərər vurduğunu bildikləri halda” platformalarını bu şəkildə dizayn edib bazara çıxardıqlarını iddia edib.


Məhkəməyə təqdim edilən 327 səhifəlik vəsatətdə deyilirdi ki, "Gənclər yuxarıda qeyd olunan platformalardan kütləvi şəkildə asılı vəziyyətə düşüblər. Bu vəziyyət məktəblərin fəaliyyətini ciddi şəkildə pozur və gənclərə psixoloji dəstək göstərən şəhər hökumətləri, məktəblər və dövlət xəstəxanalarının üzərinə ağır yük qoyur".

"Platformalar Nyu Yorkdakı gənclər də daxil olmaqla minlərlə uşaqda depressiya, narahatlıq, yemək pozğunluqları, özünə zərər və intihar meyllərinə səbəb olub", - petisiyada deyilir.

aia.az
Tərcümə şöbəsi
Geri dön