Ana Sayfa > Gündəm / Karusel > Ərdoğanla görüşdən sonra ABŞ-dan mühüm açıqlama
Ərdoğanla görüşdən sonra ABŞ-dan mühüm açıqlama21-02-2017, 12:55. Yazar: admin |
“ABŞ İŞİD-i sürətlə və birdəfəlik məhv etmək, bölgədə əminlik yaradan bir güc tarazlığı qura bilmək üçün Türkiyə ilə əməkdaşlıq etməlidir”. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Senatında Silahlı Xidmətlər Komitəsinin sədri olan senator Con Makkeyn Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Ərdoğan Suriyada mühafizə və etibarlı bölgələr yaradılması, Rakkanın geri alınması üçün təklif irəli sürüb: “Düşünürəm ki, bu təklif ABŞ tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir. Çünki, ABŞ-dakı rəhbər dəyişikliyi Suriyadakı mövcud siyasətin yenidən qiymətləndirilməsi üçün əhəmiyyətli fürsət yaradır”. Senator əlavə edib ki, regionda mövcud durumun ciddiliyini nəzərə alaraq Türkiyə-Amerika ittifaqı hər zamankındən daha əhəmiyyətlidir. AİA.az Geri dön |