Ana Sayfa > Özəl > Qəzzada minlərlə fələstinli şimaldakı evlərinə qayıtmağa başlayıb

Qəzzada minlərlə fələstinli şimaldakı evlərinə qayıtmağa başlayıb


Bu gün, 14:18. Yazar: sevinc1
Qəzzada  minlərlə fələstinli şimaldakı evlərinə qayıtmağa başlayıb
Qəzza zolağında atəşkəsin qüvvəyə minməsi ilə minlərlə fələstinli Qəzza zolağının cənubundan şimalına qayıtmağa başlayıb.
İsrail ordusunun atəşkəsin yerli vaxtla saat 12:00-da qüvvəyə mindiyini elan etməsindən sonra Qəzza zolağının cənubuna qaçmaq məcburiyyətində qalan fələstinlilər Qəzza şəhərindəki evlərinə qayıdırlar.


Fələstinlilər geri qayıdarkən Qəzzanın mərkəzi və cənubundan Qəzzanın şimalına gedən qapı olan Rəşid küçəsindən istifadə edirlər.

İsrail ordusu Misirdə əldə olunan razılaşmadan sonra Qəzza zolağında atəşkəsin yerli vaxtla saat 12:00-da qüvvəyə mindiyini açıqlayıb.

Ordudan verilən yazılı açıqlamada İsrail əsgərlərinin “sarı xətt” olaraq təyin olunan nöqtələrə qismən çəkilməsinin tamamlandığı bildirilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön