Ana Sayfa > Ölkə > Azərbaycanda xəstəxananda xəstə 2-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda xəstəxananda xəstə 2-ci mərtəbədən yıxılaraq ölübBu gün, 14:03. Yazar: sevinc1 |
![]() Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib. aia.az xəbər verir ki, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb. Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsinin ikinci mərtəbəsindən yıxılıb. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olamayıb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |