Ana Sayfa > Gündəm / Karusel > Hicab taxmadığı üçün millidən kənarlaşdırıldı
Hicab taxmadığı üçün millidən kənarlaşdırıldı21-02-2017, 12:44. Yazar: admin |
Qibraltarda keçirilən turnirdə matçların birinə hicab taxmayan İran şahmatçısı DorsaDerahşani milli yığmadan kənarlaşdırılıb. AİA.az xəbər verir ki, bu barədə NRCI məlumat yayıb. 18 yaşlı idmançı İspaniyada oxuyur və turnirdə müstəqil şəkildə qeydiyyatdan keçib. Onun kiçik qardaşı Borne Derahşanidə milli komandadan çıxarıla bilər.Belə ki, o, İsraildən olan rəqibinə qarşı oynamağa razılaşıb. 15 yaşlı idmançı püşkatmanın nəticələrinə görə onunla rəqib olub. "Belə insanlarla mübarizədə birinci addım – onlarıİrana görə oynamaqdan kənarlaşdırmaq lazımdır. Onlar yığmada olma şansına sahib olmayacaqlar”, - İranın ŞahmatFederasiyasının prezidenti Merdad Pəhləvanzadə deyib. Dorsa Derahşani – yeniyetmələr arasında altıqat dünya çempionudur. AİA.az Geri dön |