Ana Sayfa > Dünya > Deputatın oğlu Rusiya-Ukrayna müharibəsində öldü

Deputatın oğlu Rusiya-Ukrayna müharibəsində öldü


Bu gün, 10:43. Yazar: sevinc1
Deputatın oğlu Rusiya-Ukrayna müharibəsində öldü

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Armenuhi Kyuregyanın 28 yaşlı oğlu Rusiya-Ukrayna müharibəsində həlak olub.

aia.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, deputat oğlu Rusiya tərəfdən döyüşüb.

O, uzun illər Rusiyada yaşayıb, müharibədə həkim kimi iştirak edib. Ölümündən cəmi iki ay sonra onun cəsədi döyüş meydanından çıxarılıb, qalıqları isə Ermənistana aparılıb.

Oktyabrın 10-da Vanadzorda ona dəfn mərasimi keçiriləcək.

aia.az
Geri dön