Ana Sayfa > Dünya / Karusel > "Qəbələ əlamətdar yerdir" -

"Qəbələ əlamətdar yerdir" -


Bu gün, 10:19. Yazar: sevinc1
"Qəbələ əlamətdar yerdir" -

"Məncə, Rusiya-Azərbaycan münasibətləri yaxşı olmalıdır. Eyni zamanda, biz Azərbaycanın rolunu və yerini, hədəflərini obyektiv qiymətləndirməliyik".

aia.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, üzv dövlətlərlə və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Azərbaycanın hədəfləri Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatını inkişaf etdirməkdir: "Yeri gəlmişkən, Qəbələ əlamətdar yerdir. Orada Rusiya Federasiyasının RLS-i yerləşirdi. Qəbələdə Rusiyanın RLS-i dağıdılıb.

Məhz orada Türk Dövlətləri Təşkilatının 12-ci konfransı keçirildi. Həmin konfransda İlham Əliyev Türkiyə ilə əlaqələrinin necə inkişaf etdiyini və təkcə son bir ildə 25 Azərbaycan-Türkiyə hərbi təliminin keçirildiyini bildirib.

Türkiyənin NATO-nun üzvü olduğuna diqqət çəkmək istərdim. Biz Ukraynada mübarizə aparırıq ki, Ukrayna NATO-ya daxil olmasın və bu alyansın tamhüquqlu üzvü olmasın. Azərbaycan NATO üzvü Türkiyə ilə hərbi cəhətdən güclərini birləşdirir. Bu, hamıya aydın olmalıdır".

aia.az
Geri dön