Ana Sayfa > Ölkə > Sumqayıtda çayxana yandı

Sumqayıtda çayxana yandı


Bu gün, 14:23. Yazar: sevinc1
Sumqayıtda çayxana yandı

Sumqayıtda yanğın olub.

aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan çayxanada mətbəxin yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan bir ədəd kondisioner qismən əriyib.

Çay evinin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön