Ana Sayfa > Karusel / Ölkə > Yeniyetmənin qətli ilə bağlı rəsmi məlumat
Yeniyetmənin qətli ilə bağlı rəsmi məlumatBu gün, 12:40. Yazar: sevinc1 |
![]() Oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər prokurorluğundan aia.az-a bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. aia.az Geri dön |