Ana Sayfa > Karusel / Gündəm > Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb


Bu gün, 12:04. Yazar: sevinc1
Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network” analitik platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

aia.az xəbər verir ki, məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları diqqətlə planlaşdırıb.

Bu gün hakim Səbinə Adil qızı Məmmədzadənin sədrliyi, hakimlər Eldar Hüseyn oğlu İsmayılov və Sabir Sübhi oğlu Hüseynovun iştirakı ilə keçirilən hazırlıq iclasında tərəflərin mövqeləri dəqiqləşdirilib və işin gələcək baxış qaydası müəyyən edilib.

aia.az
Geri dön